XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 17:08

Putin və Ərdoğan 2017-ci ilin əvvəlindəgörüşəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin əvvəlində baş tutacaq.

Trend-in Türkiyə xarici işlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində keçiriləcək.

Nazirliyin məlumatına görə, dekabrın 1-i hər iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşoğlu Şuranın iclasına hazırlıq çərçivəsində görüşəcək.