XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:12

Rusiyanın yeni iqtisadi inkişaf nazirininadı məlum oldu

Rusiya Prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyi təklif edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.