XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 11:07

Donald Trampın oğlu Türkiyəyə keçi ovuna gəlib

tramp-oqlu

ABŞ prezidenti seçilmiş Donald Trampın oğlu, 38 yaşlı Donald Tramp bu həftə Türkiyədə keçi ovuna çıxıb.

Konqres, Ağ Ev və Amerika siyasətindən yazan “The Hill” qəzeti diqqəti belə bir məqama çəkir ki, oğul Trampın Türkiyəyə səfəri ata Trampın Ankara hökuməti ilə ilk təmasları ilə eyni vaxta təsadüf edir.

Türkiyənin Doğan xəbər agentliyinin məlumatına görə oğul Tramp kurort şəhəri Antalya yaxınlığındakı dağlarda çərşənbə günü ov edirmiş. Xəbər verilir ki, bir neçə mühafizəçi ilə müşayət olunan Tramp iki dağ keçisi vurub. O uğurlu ovdan sonra Almaniyaya yollanıb. (Azadlıq radiosu)

“The Hill” yazır ki, oğul Tramp və onun qardaşı Erik mahir ovçudurlar, lakin seçki zamanı özlərinin ov şəkillərini sosial mediada yaydıqdan sonra qalmaqala səbəb olmuşdular. Bu fotolarda iki qardaş ovlanmış fil və vəhşi camışın cəsədlərini nümayiş etidirirdilər.

Məqalədə deyilir ki, bu ov səfəri Türkiyə hökuməti və Tramp administrasiyası arasında açılımın başlanğıcı kimi də qiymətləndirilə bilər.

Dünyaya Türkiyənin gözü ilə…

“The Hill” xatırladır ki, Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında münasibətlər Ankaranın Suriya siyasəti ilə bağlı gərgindir. Türkiyə hökuməti həm də inanır ki, Tramp Türkiyəni insan haqlarının vəziyyətinə görə bir elə tənqid etməyəcək.

“Mən düşünürəm ki, vətəndaş azadlıqlarına gəldikdə bizim ölkəmizin özünün çoxlu problemləri var və bizim üçün başqa ölkələrin işinə qarışmaq çətin olar…” – deyə Tramp iyul ayında The New York Times qəzetinə müsahibəsində demişdi.

“Bizə müttəfiqlər lazımdır, – deyə o əlavə etmişdi, – Mən düşünmürəm ki, bizim kiməsə mühazirə oxumaq haqqımız var”.

“The Hill” yazır ki, Donald Trampın milli təhlükəsizlik müşaviri kimi seçimi olan general-leytenant Maykl Flinn türkiyəli vaiz Fethullah Gülənin Ankaraya ekstradisiya olunması ideyasını müdfiə edir: “Biz dünyaya Türkiyənin gözləri ilə baxmalıyıq. Təsəvvür edin ki, biz 11 sentyabrdan dərhal sonra Osama bin Ladenin Türkiyə kurortlarından birindəki gözəl bir villada yaşadığını eşitsək necə olardı?..” , – deyə Flinn “The Hill” qəzetində yazmışdı

Belə görünür ki, bu sayaq yanaşma Ərdoğanın ürəyindəndir, beləki o, əvvəllər respublikaçı namizədi antimüsəlman bəyanatlarına görə tənqid etməsinə baxmayaraq, indi Trampın seçilməsinin tənqid olunmasını “demokratiyaya hörmətsizlik” adlandırmışdı.