XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 16:36

Ərdoğan AB-yə:"Bizə nə versəniz, o qədər də alacaqsınız"

e

”Biz Avropanın ev sahibiyik və bizi Avropadan xaric etməyə nə Avropa İttifaqının, nə də irqçilik pəncəsinə düşənlərin gücü çatar”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, bütövlükdə Avropada 5 milyon həmvətənimiz yaşayır: "Yüz minlərlə həmvətənimiz gələcəyini Almaniya, Fransa, Belçika və Avropanın şimalı hissəsində qurub." 

R.T.Ərdoğan deyib ki, əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tam hüquqlu üzv olmağa hazırdır: "Vizanı sərbəstləşdirsələr, qaçqınlara yardım etsələr və münasibətlərin qurulmasında yeni səhfələr açsalar, onda biz də onlara xoş niyyət göstərəcəyik. “O qədər çörəyə, bu qədər köftə” düşər? Bizə nə versəniz o qədər də alacaqsınız. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsinlər".

Prezident bildirib ki, terrorçu PKK-nın da sonu çatır: "Təhlükəsizlik qüvvələrimiz hər yerdə indiyədək keçirilməyən əməliyyatlar gerçəkləşdirilər. Şəhidlərimiz olur. Ancaq onlar da etdiklərinin əvəzini çox ağır ödəyirlər. Hədəfimiz onların kökünü kəsməkdir”.