XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 17:36

Türkləri Suriyada Rusiya vurub? –Lavrovdan cavab

lavrov

"Türkiyə hərbçilərinə Suriyada endirilən aviazərbənin Rusiya Hərbi Hava Qüvvələrinə heç bir aidiyyəti yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

Onun sözlərinə görə, bu hücumu Suriyanın hökumət qüvvələri də gerçəkləşdirməyib(Axar.az).

Qeyd edək ki, bundan öncə Suriyada 5 türk hərbçisi endirilən aviazərbələr nəticəsində həlak olub. Rəsmi Ankara hücumu Suriya hökumət qüvvələrinin gerçəkləşdirdiyini bildirib. Bəzi media orqanlarında isə bu hücumların Rusiyanın dəstəyi ilə həyata keçirildiyi iddia edilib.