XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 23:48

“Bütün bunlar Çinin tələsidir” –Uyğur liderlə bağlı Ərdoğana müraciət

yapcan

Azad Şərqi Türküstan Platforması Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq Şərqi Türküstan İslam Partiyasının qurucusu Əbdülqadir Yapcanın Çinə təhvil verilməməsini istəyib.

Məktubda Yapcanın terrorçu adlandırılmasının tamamilə fərziyə olduğu bildirilib.

“Bütün bunlar Çinin tələsidir. Bu iddia tamamilə yalandan ibarət olub, uyğur türklərini bütün dünyanın, hətta Türkiyənin belə gözündə alçaltmaq məqsədi daşıyır”, – məlumatda bildirilib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Çinin qırmızı bülletenlə axtarışa verdiyi Şərqi Türküstan İslam Partiyasının qurucusu Əbdülqadir Yapcanın Türkiyədən qovulmaması haqqında qərar qəbul edib.

Çin Yapcanı 1996-1997-ci illər ərzində ölkə əleyhinə terror fəaliyyəti ilə məşğul olmaqda günahlandırır. Yapcan 2001-ci ildən Türkiyədə yaşayır.

Axar.az