OPEK-in neft hasilatının azaldılması barədə qəbul etdiyi qərarın qəbul olunmasında Rusiya prezidenti Vladimir Putinin mühüm rolu olub.
Strateq.az bildirir ki, bu barədə “Röyter” agentliyinə mötəbər mənbə məlumat verib.
Agentliyı danışan bu mənbə qeyd edib ki, məhz Putinin Səuidyyə Krallığı və İranın liderləri ilə apardığı danışıqlar kompromisin əldə olunmasına kömək edib. Putin sentyabr ayından bu danışıqları aparamağa başlayıb. Çində keçirilən G20 sammiti zamanı o Səudiyyə şahzadəsi Məhəmmədlə görüşüb. Həlledici rolu isə Putinin İran prezidenti Həsən Ruhani ilə apardığı danışıqlar oynayıb.