XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 11:39

Ərdoğan:"Biz tezliklə bu oyunu pozacağıq!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını xarici valyuatanı qızıla və ya türk lirəsinə çevirməyə çağırıb.

Onun fikrincə, bu, milli valyutanı möhkəmləndirəcək.

«Yastıqlarının altından xarici valyutanı götürsünlər, onu qızıla və ya türk lirəsinə çevirsinlər. Bu halda lirə də, qızıl da dəyər qazanacaq», deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti əhalini lirənin ucuzlaşmasından narahat olmamağa da çağırıb: «Narahat olmayın. Biz tezliklə bu oyunu pozacağıq. 2007-2008-ci illərdə də belə etməyə çalışmışdılar. O zaman da demişdik ki, hər şey keçəcək».

Qeyd edək ki, türk lirəsi son bir ayda dollara nisbətdə 11 faiz ucuzlaşaraq tarixi minimuma enib. Hazırda bir dollar 3,50 lirəyə bərabərdir.

Strateq.az