XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 19:31

ABŞ-da gecə klubunda yanğın:9 nəfər həlak olub, 25 nəfər itkin düşüb

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) gecə klubunda baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 25 nəfər itkin düşmüş hesab olunur.

Azərtac xəbər verir ki, ABŞ KİV-lərinin yaydıqları məlumata görə, yanğın cümə günü yerli vaxtla saat 23:30-da, klubda şənlik keçirilən vaxt baş verib. Yanğınsöndürənlər binada 50 nəfərədək insanın ola biləcəyini və həyatını itirənlərin olduğunu bildirirlər. Oklend polisi faktı təsdiqləsə də, ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

Yanan klub binasında vəziyyət təhlükəli olduğu üçün yanğınsöndürənlərin içəri girməsinə icazə verilmir. İlkin məlumata görə, yanğına pirotexnikadan istifadə edilməsi səbəb olub.