XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2016 - 21:17

Tramp qalmaqallı prezidentiAğ Evə dəvət etdi

ABŞ-ın yeni prezidenti Donald Tramp Filippinin qalmaqallı prezidenti Rodriqo Duterteni Ağ Evə dəvət edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp dəvətini telefonla edib.

On dəqiqə davam edən telefon söhbəti zamanı Duterte də Trampı ölkəsinə dəvət edib.

Tramp Filippin prezidentinin olduqca maraqli adam olduğunu bildirib.

Qeyd edək ki, Barak Obamanın ünvanına ağır təhqirlər ünvanlayan Filippin liderinin ABŞ-ın yeni prezidentinə münasibəti müsbətdir. 

Duterte Trampı qələbə münasibətilə təbrik edərkən onunla öz arasında bənzərlik gördüyünü də bildirmişdi: «İkimiz də söyməyi sevirik. Xırda bir şey olan kimi söyüb keçirik. Biz onunla oxşarıq».