XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 11:02

El klassiko:“Barselona” qələbəni son dəqiqədə əldən verdi

Dekabrın 3-də futbol üzrə İspaniya La Liqasında 14-cü tur çərçivəsində mövsümün ilk El Klassikosu oynanılıb.

“Barselona” klubu “Real” (Madrid) komandası ilə qarşılaşmada 90-cı dəqiqəyədək 1:0 hesabı ilə öndə olsa da qələbəni əldən verib.

Son dərəcə gərgin və dramatik keçən qarşılaşmada qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Serxio Ramos vurub.

Beləliklə, bu mövsümdə keçirdiyi 14 oyunun heç birində məğlub olmayan “Real” əsas rəqibi “Barselona” ilə arasındakı altı xallıq fərqi qoruyub saxlayıb. Bu heç-heçədən sonra madridlilər 34 xalla turnir cədvəlinə başçılıq edirlər. Hesabında 28 xal olan Kataloniya təmsilçisi isə ikinci yeri tutur(azərtac).