XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 11:31

Özbəkistanda seçkilər:namizədlər də səs verdi

Dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərində namizədlər də səs veriblər.

Özbəkistan Liberal-Demokrat Partiyasından prezidentliyə namizəd, dövlət başçısı səlahiyyətlərini icra edən Şavkat Mirziyayev Daşkənddəki 132 nömrəli seçki məntəqəsində səs verib.

Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov da səs veriblər.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 10.00-da 5,2 milyon nəfər – seçicilərin 25,49 faizi artıq səs verib. Özbəkistan qanunlarına əsasən, seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Azərbaycandan gələn müşahidəçi qrupunun üzvləri – Milli Məclisinin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov səsvermə prosesinin gedişini Daşkənddə izləyirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə edirlər (azərtac).