XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 12:04

Trampın prezidentliyinə olantəhlükə sovuşur?

ABŞ prezidentliyinə keçmiş namizəd Cill Stayn Pensilvaniyada səslərin təkrar hesablanmasından imtina edib. Buna səbəb yerli məhkəmənin çıxardığı qərardır.

Qərara görə, Stayn bu təşəbbüsünü reallaşdırmaq üçün 1 milyon dollar girov qoymalıdır.

Məhkəmənin qərarından hiddətlənən Stayn bunu demokratikləşmənin önündə baryer kimi qiymətləndirib. Və bildirib ki, bu qərar Pensilvaniyada seçki qanununlarının seçicilərin əleyhinə işlədiyini bir daha sübut edir.

Stayn məsələ ilə bağlı sabah Nyu-Yorkda – Donald Trampın rezidensiysında mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Yaşıllar Partiyasından namizəd Cill Stayn səslərin Viskonsin, Miçiqan və Pensilvaniyada təkrar sayılmasını tələb edirdi. Əgər bu 3 kritik ştatda nəticə Klintonun xeyrinə dəyişsəydi, Trampın prezidentliyi təhlükə altına düşəcəkdi.

Staynın bu müraciətindən sonra Tramp da rəqibi Hillari Klintona verilən səslərdən milyondan artığının saxta olduğunu bildirmiş, keçmiş namizədin təşəbbüsünü dələduzluq adlandırmışdı.

Ağ Ev isə Trampın üç ştatda (Virciniya, Nyu-Hempşir, Kaliforniya) səsvermənin nəticələrinin Hillari Klintonun xeyrinə saxtalaşdırıldığına dair bəyanatının həqiqəti əks etdirmədiyini açıqlamışdı.

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezidentlik üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Tramp 306, Klinton isə 232 səs toplayıb(azadliq.info).