XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 12:34

İtaliyada konstitusiya islahatları üçünreferendum keçirilir

Dekabrın 4-də İtaliyada Konstitusiya islahatları ilə bağlı referendum keçirilir. Qərb mətbuatı yazır ki, referendum cəmiyyətdə “antiavropa” meyillərini üzə çıxara bilər.

Hazırkı baş nazir, Avropa Birliyi tərəfdarı Matteo Renzi ölkədə iqtisadi islahatlar aparmaq üçün səlahiyyətlərinin artırılmasını, parlamentin yuxarı palatasının hakimiyyətə təsir imkanlarının azaldılmasını istəyir.

Ancaq Avropa Birliyi tənqidçiləri seçiciləri bunun əleyhinə səs verməyə çağırıblar, onlar hesab edirlər ki, seçicilər “yox” desələr baş nazir postundan gedəcək, hətta bəlkə İtaliya Avropa Birliyindən də imtina edə bilər.


Seçicilər “yox” desələr, bu, AB tənqidçiləri və Rusiya prezidenti Putinə simpatiyası olan partilayarı gücləndirəcək.