XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 15:06

Putin Trampdan danışdı:"... Əgər ağıllı adamdırsa..."

putin-tramp

Rusiyanın NTV kanalına müsahibə verən Vladimir Putin bəyan edib: “Moskva ümid edir ki, ABŞ-a yeni prezident seçilən Donald Tramp öz məsuliyyətinin səviyyəsini dərk edir.”

NTV -yə istinadən Rusiya prezidenti xatırladıb ki, Tramp, “kommersant və iş adamı olub” və əgər o bu gün biznesdə uğur qazanıbsa, bu o deməkdir ki, Tramp ağıllı adamdır.

“Və əgər ağıllı adamdırsa, bu da o deməkdir ki, Tramp bütünlüklə və kifayət qədər məsuliyyətini tez dərk edir. Biz bundan nəticə çıxararaq gözləyirik ki, o da məhz bu mövqedən çıxış edəcək”, – deyə Putin əlavə edib.

Müsahibə zamanı Putin Yaxın Şərqlə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, “ərəb baharı”nın nəticələri barədə Yevgeniy Primakov da əvvəlcədən xəbərdarlıq etmişdi.

“Bəlkə də vaxtında onu dinləsəydik, hadisələrin bu cür inkişafı da baş verməzdi. Amma gərək birbaşa deyək, hadisələrin inkişafına praktiki olaraq birbaşa müdaxilə etməyimiz üçün bizim o zamankı imkanlarımız da məhdud idi”, – deyə Putin mövqeyini açıqlayıb.

Banu Çiçək