XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 15:20

Nyu-Yorkun sakinləri Melani Trampın şəhəri tərk etməsini tələb edirlər

trampin-arvadi

ABŞ-a yeni prezident seçilən Donald Trampın innoqurasiya mərasimindən sonra onun arvadı Melani Trampın şəhəri tərk etməsilə bağlı petisiyanı Nyu-Yorkun yüz min sakini imzalayıb.

ABŞ mətbuatın yaydığı xəbərə görə, bundan əvvəl də məlum olmuşdu ki, Melani Tramp Ağ Ev-ə məskunlaşmaqdan imtina etmişdi. O oğlu ilə birlikdə uzağı dərs müddəti başa çatana kimi Manhettedəki Trump Tower – Tramp qəsrində yaşayacaq. Bununla yanaşı o da xəbər verilmişdi ki, Trampın və ailəsinin mühafizəsi Nyu-York hakimiyyəti üçün gündəlik milyon dollara başa gəlir. ABŞ prezidentinin arvadının bu qərarı cəmiyyətdə mənfi qarşılanıb.Şəhər sakinləri petisiya imzalayaraq öz etirazlarını belə ifadə ediblər: Tramp Ağ Evə köçəndən sonra onun ailəsinin mühafizəsinə heç bir ödəniş aparılmasın.

Banu Çiçək