XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 21:28

Erməni əsilli daxili işlər nazirinə qarşı aksiya –Arsen Avakovun istefası tələb olunur

avakov

Bu gün Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefası tələb ilə Kiyev vilayətindəki evinin qarşısında aksiya keçirilib.

TASS agentliyinin verdiyi məlumata görə, aksiyada 2 minə yaxın insan iştirak edib.

Aksiya təşkilatçıları özlərini “avtomaydançılar” adlandırırlar. Aksiya təşkilatçıları A. Avakovu polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri himayə etməkdə, 2014-cü ilin qışında Kiyevin Müstəqillik meydanında aksiyaçılara qarşı güc tətbiqində günahlandırırlar.

Ukrayna Daxili İşlər Nazirliyi A. Avakovun hazırda Ottavada işgüzar səfərdə olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən əməliyyat zamanı anlaşılmazlıq yaşanıb, mühafizə polisi ilə atışma olub. Nəticədə 5 polis həlak olub. Lakin bu aksiya öncədən planlaşdırılıb və 5 polis əməkdaşının həlak olması ilə əlaqəli deyil. 

APA