“Mədsədimiz məsələni bir neçə həftə ərzində həll etməkdir”
İran nüvə proqramı üzrə müqavilənin bağlanması üçün hələlik güzəştə getməyib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, ABŞ prezidenti Barak Obama deyib: “Hələlik razılaşma yoxdur, hələ hər şey əldə edilməyib. Mədsədimiz məsələni bir neçə aya deyil, bir neçə həftə ərzində həll etməkdir”.
Qeyd edək ki, nüvə proqramı üzrə İranın “altılıq” ölkələri ilə (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, çin və Almaniya) danışıqları bu həftə davam edəcək. Qərb ölkələri İranı dinc atom proqramı pərdəsi altında nüvə silahı hazırlamaqda ittiham edir. Tehran bütün ittihamları rədd edir.