XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 03:11

Şəhər meri və 2 jurnalist güllələnib –Finlandiyada

polis-3

 Finlandiyanın yerli  dövlət orqanları ölkənin cənub şərqindəki İmatra şəhərində 3 nəfərin güllələnməsi haqda məlumat yayıb.

Naməlum şəxslər 3 nəfəri güllələyərək gizləniblər. Polis faktı təsdiqləyib.

Hadisənin təfərrüatı barədə ətraflı məlumat verilmir. Yerli polis rəisi cinayət hadisəsi ilə əlaqədar açıqlama veriləcəyini bildirib.

Cinayətkarların axtarışına başlanılıb.

"Accosiated Press" isə öldürülmüş şəxslərin şəxsiyyətini açıqlayıb. Məlumata görə, hadisə "Vuoksenvahti" restoranında baş verib. Öldürülən şəxslərdən biri İmatra şəhərinin meri, 53 yaşlı Tiyn Vilen-Yalpinen və digər 2 şəxs isə jurnalistlərdir. 

Agentliyin məlumatına görə, cinayəti 23 yaşlı şəxs törədib. O, əvvəllər də həbsxana həyatı yaşayıb. (Report)