XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 11:41

Türkiyənin baş naziri Moskvaya rəsmi səfərə gəlib

bineli-yildirim

Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya rəsmi səfəri başlayıb.

"RİA-Novosti” xəbər verir ki, bu barədə baş nazirin adminstrasiyası məlumat yayıb. Səfər dekabrın 7-dək davam edəcək.

B.Yıldırımın səfərinin gündəliyində iki ölkə arasında viza rejiminin ləğvi, dövlətlərarasında ticarətin türk lirəsi və rus rublu ilə aparılması, Türkiyənin Şanxay Əməkdaşlıq Təəşkilatına üzvülüyü, Suriya və İraqdakı mövcud vəziyyətin müzakirəsi və orada terrora qarşı birgə mübarizə, müdafiə və enerji sahəsində əməkdaşlıq, ticarət sahəsində 100 milyard dollarlıq hədəfə çatmaq kimi məsələlər daxildir.

Xəbərə görə, Türkiyənin baş naziri Tatarıstan Respublikasının paytaxtı Kazana da səfər edəcək. Orada respublikanın prezidenti Rüstəm Minnixanovla görüşəcək. Eyni zamanda, Türkiyə-Tatarıstan biznes forumunda iştirak edəcək.