Hindistanın baş naziri Narendra Modi "Time" jurnalı oxucularının rəyinə əsasən "İlin adamı" seçilib.
Strateq.az xəbər verir ki, N.Modi səslərin 19%-ini qazanıb.
Onun arxasınca Barak Obama, Donald Trump və WikiLeaks-in qurucusu Julian Assanc gəlir.
Onlar oxucu səslərinin 7%-ini alıblar. Mark Zuckerberg (2%) və ABŞ prezidentliyinə namizəd Hillari Klinton (4%) da geridə qalıblar. N.Modi Hindistanda bir çox islahatlar və ekolloogiya üzrə Paris sazişi ilə gündəmdə olub.
Rəsmi olaraq "İlin adamı"nın adı dekabrın 7-də açıqlanacaq.
M.Rzasoy