XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 11:49

Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub –Hələblə bağlı

BMT

Rusiya Suriyanın Hələb şəhərində humanitar vəziyyəti yaxşılaşdırmaq üçün yeddi günlük atəşkəs rejiminə dair BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.

BMT Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin lehinə, Rusiya, Çin və Venesuela isə əleyhinə səs verib.

Qətnaməni tənqid edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, belə bir sənədin qəbul edilməsi terrorçulara yerlərini dəyişməyə imkan verəcək. O, həmçinin səsvermənin Rusiya və ABŞ ekspertlərinin görüşünədək təxirə salmağı təklif edib.

APA