Onlar Sudan mühacirlərinin övladlarıdır
Sudandan Türkiyəyə yollanmalı olan bir qrup tələbə-həkim, əslində, İŞİD-in nəzarət etdiyi ərazilərə keçmək məsədilə Suriyaya gediblər.
Strateq.az Tükiyə KİV-ə əsasən bildirir ki, tələbələr Türkiyə-Surya sərhədini bir həftə əvvəl keçiblər. Təxminən, 20 yaşı olan tələbələr Sudan mühacirlərinin övladlarıdır. Böyük Britaniyada doğulub böyüyüblər, lakin təhsillərini Sudanın Hartum şəhərində alıblar. Ehtimal olunur ki, onlar məhz orada radikallaşıblar.
BBC-nin məlumatına görə, onlara Kanada və ABŞ vətəndaşı olan daha bir neçə nəfər qoşulşub.