XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 00:08

Angela Merkeldən bir ilk:Niqaba qadağanı dəstəkləyib

merkel-3

Almaniya kansleri Angela Merkel qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.    

Angela Merkel müvafiq çağırışı 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.     

“Biz ünsiyyət zamanı üzümüzü bağlamırıq. Bu bizim üçün çox vacibdir. Məhz buna görə qanun çərçivəsində üzü tamamilə örtən geyimə qadağa qoyulmalıdır, bu bizim ölkə üçün ziddir”, – deyə kansler bildirib.  

Qeyd edək ki, bu, Angela Merkelin niqabla bağlı  ictimaiyyət arasında verdiyi ilk bəyanatdır.   (APA)