XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 00:58

“Gürcüstan NATO-ya üzv ola bilər” –Vilyam Lahyüdən islahat mesajı

Meetings of the Defence Ministers at NATO Headquarters in Brussels- North Atlantic Council Meeting

"NATO Gürcüstanın Müdafiə Nazirliyinin islahatlarla bağlı həyata keçirdiyi tədbirləri dəstəkləyir".

Bu sözləri NATO-nun Gürcüstandakı əlaqə ofisinin rəhbəri Vilyam Lahyü açıqlamasında bildirib.

Onun sözlərinə görə, islahatların həyata keçirilməsi nəinki nazirliyin vəzifəsi, həmçinin bütün ölkə və hökumətin borcudur: “Xüsusilə, parlamentin dəstəyi lazımdır ki, hökumət  xalqın maraqlarına uyğun qərarları təmin etsin. Gürcüstan NATO-ya üzv olmaq üçün daha yaxşı hazırlaşa bilər və ölkəni daha yaxşı qorumaq üçün silahlı qüvvələrdə yenidənqurma işləri həyata keçirə bilər. Ölkənin silahlı qüvvələri  yüksək hazırlıq səviyyəsinə çatanda isə Gürcüstan NATO-ya üzv ola bilər”.

V. Lahyü həmçinin hərbi büdcə məsələsinə də toxunub və hökumətin müdafiə üçün nə qədər  xərc çəkiləcəyinin hesablanmasını bildirib: “Hərbi büdcənin necə olacağı barədə siz  mütəxəssislərlə və hərbi ekspertlərlə məsləhətləşməlisiniz.  Bu, dünyanın hər yerində baş verir”.

NATO rəsmisi qeyd edib ki, NATO hadisələrin gedişini və kütləvi informasiya vasitələrinin azad və müstəqil  olmağını və şəffaf siyasi prosesi,  qanunun aliliyi və qanunların qorunmasını  izləyir.

APA