XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 11:08

Yəmən gəmisi batıb:60-dan artıq sərnişindən xəbər yoxdur

Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

Məlumata görə, gəmidə 64 sərnişin olduğu bildirilir, onların arasında qadın və uşaqlar da var.

Gəmi Yəmənin Hadramaut vilayətindən – Əl-Mukalla şəhərindən adaya doğru marşrut üzrə hərəkət edirmiş. Məlumata görə, gəmi limandan ayrılandan bir müddət sonra sahil xidməti ilə əlaqəsi kəsilib.

Hadramaut vilayəti müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar. Son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur.