XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 12:40

Moskvada antiterror əməliyyatı:20 nəfər həbs olunub

Moskva və ətraf bölgələrdə yerli güc strukturları əməkdaşlarının keçirdiyi antiterror əməliyyatı nəticəsində 20 şübhəli saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar ekstremist fəaliyyət göstərməkdə şübhəli bilinirlər.

Saxlanılanlar mütəşəkkil cinayət qruplaşmasının üzvləridir. Onların əksəriyyəti keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

Qeyd edək ki, bu il noyabrın əvvəlində Moskvada keçirilən antiterror əməliyyatı nəticəsində Rusiya paytaxtı və İnquşetiyada terror törətməyə cəhddə şübhəli bilinən İŞİD qruplaşmasının üzvləri tutulmuşdu.