XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 12:49

Tramp ABŞ-ın xarici siyasətini açıqladı:"Döyüşəcəyik"

tramp-00-77

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yeni hakimiyyətin terrorla mübarizəyə üstünlük verəcəyini bəyan edib.

Trend-in məlumatına görə, səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-dən başlayacaq D.Tramp Şimali Karolinada çıxışı zamanı müdafiə naziri vəzifəsinə general Ceyms Mattisin namizədliyini irəli sürdüyünü bildirib.

Yeni Prezident Birləşmiş Ştatların xarici ölkələrdəki silahlı qarşıdurmalara müdaxilə etmək əvəzinə, terrorla mübarizəyə üstünlük verəcəyini vurğulayıb:

"Haqqında heç bir şey bilmədiyimiz əcnəbi rejimləri devirmək yarışına son verib terrora, İŞİD-ə qalib gəlməyimiz vacibdir. Məqsədi bu olan hər bir ölkə ABŞ-ın müttəfiqi sayılacaq".