XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 13:11

Binəli Yıldırım:"Türkiyə və Rusiya istəyir ki..."

"Ankara və Moskva əməkdaşlığın bütün sahələrində məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir".

Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Ötən gün rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü barədə danışan B.Yıldırım ölkələr arasında ticarət, turizm, energetika sahələrində münasibətlərin ötən ilki səviyyəyə çatdırılması barədə müzakirənin aparıldığını deyib:

“Biz qarşımıza ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasını hədəf qoymuşuq və çalışacağıq ki, iki dövlət arasında münasibətlərdə normallaşma prosesi sürətlənsin”.