XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 13:32

Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli valyutalardanistifadə edəcəklər

Rusiya və Türkiyə Mərkəzi bankları qarşılıqlı ticarətdə milli valyutadan istifadə olunmasının texniki məsələlərini həll etməyə başlayıblar.

Bu barədə jurnalistlərə Rusiyada səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım məlumat verib.

Baş nazir deyib ki, həm Rusiya, həm də Türkiyə tərəfi bu cür əməkdaşlıqda maraqlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl bildirmişdi ki, Türkiyənin Baş naziri Rusiyaya səfəri zamanı ticarət əməliyyatlarında rubl və Türkiyə lirəsinə keçilməsi məsələsini müzakirə edəcək(azərtac).