XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 13:54

Gələn il ABŞ-da neft hasilatı gündəlik8,7 milyon barrel olacaq

Gələn il ABŞ-da xam neft hasilatı gündəlik orta hesabla 8,7 milyon barrel olacaq.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, bu ilin dekabrında isə gündəlik hasilat 8,8 milyon barrel təşkil edəcək.

Hesabatda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı azalması ilə qlobal bazardakı təklif artımının düşəcəyi, eləcə də gələn il dünyada xam neft ehtiyatları proqnozunun aşağı salınacağı qeyd edilib. Buna görə də, ehtiyatlardakı artımın həcminin gələn il gündəlik orta hesabla 500 min barrel əvəzinə gündəlik orta hesabla 400 min barrel olacağı proqnozlaşdırılır.