XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 14:30

Hind okeanında “ölü zona”aşkarlanıb

Beynəlxalq alimlər qrupu Hind okeanında “ölü zona” aşkar edib.

Azərtac ecoportal.su saytına istinadla xəbər verir ki, Benqal körfəzində aşkarlanan “ölü zona”nın sahəsi təqribən 60 min kvadratkilometrdir. Dərinliyi isə 100 metrdən 400 metrədək dəyişir. Orada suyun tərkibində çox az miqdarda oksigen var.

“Benqal körfəzində digər “ölü zonalar”da baş verən azot itkisi əlamətləri qeydə alınmayıb. Güman edirik ki, “ölü zona”nın yaranmasına Benqal körfəzinin sahilində yaşayan əhalinin yüksək sıxlığı kömək edir”, – deyə tədqiqatın aparıcı müəllifi Lora Bristou bildirib.

Ümumilikdə “ölü zonalar”ın sahəsi 245 min kvadratkilometrdən çoxdur. Alimlər bunun qlobal istiləşmə üzündən baş verdiyini güman edirlər.