XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 15:07

Suriyada türk hərbçilərə hücum:1 ölü, 6 yaralı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı apardığı "Fərat qalxanı" əməliyyatının gedişində Əl-Bab bölgəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir türk hərbçi ölüb, biri ağır olmaqla 7 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə ordusunun hava əməliyyatları zamanı 23 İŞİD-çi zərərsizləşdirilib, xeyli terrorçu yaralanıb. Bundan başqa, terror qruplaşmasının 3 tankı, 2 nəzarət məntəqəsi, bir avtomobili məhv edilib.