XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 17:05

Obama səyahətlərə85 milyon dollar xərcləyib

ABŞ Prezidenti Barak Obama dövlət başçısı postunda çalışdığı 8 il ərzində ailəsi ilə birgə istirahət və səyahətlərə 85 milyon dollardan çox vəsait sərf edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Məxfi Xidmətinin prezident ailəsinin xərcləri ilə bağlı sənədlərinə yol tapan "Judicial Watch" təşkilatı bildirir.

Prezident ailəsinin ildə orta hesabla 10 milyon dollar xərclədiyi qeyd olunur.

Bu hələ son deyil. Prezidentin ailəsi hər il Milad bayramını Havay adalarında qeyd edir. Növbəti Milad da istisna deyil. "Judicial Watch" Havay istirahətinin ötən il 4,8 milyon dollara başa gəldiyini iddia edir.

Qeyd edək ki, B.Obama 2017-ci il yanvarın 20-də postunu Donald Trampa təhvil verəcək.