XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:07

Türkiyədə dollarları lirəyə dəyişənlərə2 gün istirahət verilir

Türkiyənin Konya şəhərinin Halkapınar rayon Bələdiyyəsinin sədri Fahri Vardar, prezident Rəcəb Tayyib Ərdoğanın "dollarınızı qızıl və lirəyə dəyişin" çağırışına, qeyri-adi formada dəstək verib.

Belə ki, bələdiyyə sədri öz işçilərinə, evlərində saxladıqları dolları lirəyə dəyişəcəkləri təqdirdə, işə gəlməmək izni verəcəyini bəyan edib.

“Sputnik” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahri Vardar bununla əlaqədar bələdiyyə işçiləri ilə birgə toplantı təşkil edib. Yığıncaqda, "Dəyiş valyutanı, al mükafat icazəsini" adlı kampaniya keçirdiklərini deyən bələdiyyə sədri, 100-500 dollar məbləğində vəsait dəyişənə 2 gün, 500-1000 dollar dəyişənə isə 5 gün icazə verəcəyini söyləyib. Sədr əlavə edib ki, 1000 dollardan yuxarı valyutanı dəyişənə isə 1 həftə müddətinə işdən icazə veriləcək.