XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:15

Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından21 meyit çıxarılıb

Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olan təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub. Sərnişinlərdən ikisi azyaşlıdır.

Onlar arasında Pakistanın məşhur müğənnisi Cüned Camşed və 3 əcnəbi də var.

Bir qədər əvvəl məlumat verilmişdi ki, qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.

Laynerin qəzaya uğramasına səbəb kimi, mühərriklərdən birində yaranan problem göstərilir.