XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:43

Sudan Birləşmiş Ərəb Əmirliklərindən500 milyon dollar borc alıb

Sudan Birləşmiş Ərəb Əmirliklərindən 500 milyon dollar borc alıb.

Azərtac-ın “Haber7.com” saytına istinadla verdiyi xəbərə görə, Sudanın Prezidenti Ömər Həsən Əhməd Əl-Bəşir Milli Konqres Partiyası idarə heyətinin üzvləri ilə keçirdiyi toplantıda Abu-Dabinin Sudanın 6 aylıq benzin ehtiyacını qarşılayacağını, günlük min meqavat elektrik istehsal edən günəş enerjisi stansiyasının gəlirləri ilə Sudanın paytaxtı Hartumda su təsisatının quraşdırılmasını maliyyələşdirəcəyini bildirib.

Cənubi Sudandan 2011-ci ildə ayrıldıqdan sonra neft sərvətlərinin yüzdə 75-ni itirən Sudan valyuta ehtiyatları sarıdan da çətinlik çəkir.