XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 19:48

Afrikada ilk dəfə smartfonistehsal ediləcək

Cənubi Afrika Respublikasında (CAR) ilk dəfə smartfon istehsal ediləcək. “Onyx Connect” startapı Afrikada smartfon istehsal edən ilk şirkət olacaq.

Azərtac-ın “Bloomberg” nəşrinə istinadən məlumatına görə, Yohannesburq şəhərində yerləşən startap “Android” əməliyyat sistemi bazasında smartfon və planşet istehsalına başlamaq niyyətindədir. İstehsala gələn ilin birinci rübündən başlanılacaq.

“Onyx” şirkətində iddia edirlər ki, onlar qiyməti təxminən 30 dollar olan smartfon istehsal etmək fikrindədirlər. Cihaza kamera və 1 giqabayt yaddaş daxildir.

Agentlik qeyd edir ki, CAR-da smartfon istehsalına yerli valyutanın 40 faiz zəifləməsi və nəticədə işçi qüvvəsinin ucuzlaşması təkan verib.

Xatırladaq ki, 2016-cı ildə dünyada smartfonların satışının artımı 1 faizə qədər azalıb.