ABŞ-ın müdafiə naziri Eşton Karter Yaponiyanın Baş naziri Şinzo Abenin bu ayın sonlarında Havay adalarındakı Pörl Harbor limanını ziyarət etmək planını alqışladığını bildirib.
Dekabrın 6-da E.Karterlə Tokioda görüşən Ş.Abe 75 il əvvəl yaponların hücumu nəticəsində Pörl Harborda həlak olanların xatirəsini anmaq üçün həmin yeri ziyarət etmək niyyətini açıqlayıb.
Baş nazir deyib ki, səfər zamanı o, ABŞ Prezidenti Barak Obama ilə yüksək səviyyəli danışıqlar aparacaq və “Arizona” xatirə linkorunu ziyarət edəcək.
Ş.Abe, həmçinin bildirib ki, o, bu hücum nəticəsində həlak olanların xatirəsini anmaq və bir daha müharibənin baş verməməsi üçün qətiyyətini nümayiş etdirmək niyyətindədir(azərtac).