XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 00:29

Prezident baş nazirin istefasın qəbul etdi –İtaliyada

italyan

İtaliyanın prezidenti Sergio Matarella baş nazir Matteo Renzinin istefasını qəbul edib.

Matteo Renzi dekabrın 5-də istefa verəcəyini bəyan etmiişdi. Bir gün sonra İtaliya prezidenti Matteo Renzidən 2017-ci ilin dövlət büdcəsinin təsdiqinədək istefaya getməməyə xahiş etmişdi.

M. Renzi İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunları ilə əlaqədar istefa verib. Ölkə vətəndaşları səs çoxluğu ilə baş nazirin təkliflərinin əleyhinə səs verib. Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüququna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.

Yaxın müddətdə İtaliya prezidenti siyasi böhrandan çıxış yollarını müzakirə etmək üçün parlament və siyasi partiyaların rəhbərləri  ilə görüşəcək. (APA)