ABŞ prezidenti seçilən Donald Trampın müşaviri Karter Peyc Moskvada səfərdədir.
Karter “RİA-Novosti”yə bildirib ki, səfər çərçivəsində biznesmenlər və ideyalı siyasətçilərlə bir sıra görüşləri nəzərdə tutulur. O, dekabrın 13-dək Moskvada qalacağını bildirib. Karter Peyc bundan əvvəl bildirmişdi ki, yeni ABŞ prezidenti seçilmiş Donald Tramp administrasiyasına ABŞ-Rusiya münasibətlərinin potensialına inanan insanlar lazımdır.
O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinə etibar etmədən, iki ölkə arasında dialoq mümkün deyil. Karter Peyc əvvəllər Amerikanın sərmayə banklarından olan “Merrill Lynch”un Moskva bölməsində çalışıb.
ABŞ mətbuatı 2016-cı ilin iyulunda onun Moskvaya səfərini şərh edərkən, diqqəti, tələbələr və jurnalistlər qarşısında ABŞ-ın Rusiya siyasətini tənqid eləməsinə çəkmişdi.