XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2015 - 07:48

Moskva Londona Twix yeməyi məsləhət gördü

“Britaniya bu cür bəyanatla krımlıların arzusuna etinasız yanaşıb”

Фото: GLOBAL LOOK press

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Aleksey Puşkov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə düşünülməmiş bəyanatlar verməzdən öncə fasilə etmək və Twix yeməyi məsləhət görüb.

Strateq.az Rusiya mətbuatına əsasən bildirir ki, o, Britaniyanın “Krımı Ukraynaya qaytarın” tələbinə belə reaksiya verib.

Komitə sədri deyib: “Qərb siyasətçiləri bəzən öz kiçik syasi məqsədlərinə görə nəinki təkcə öncəki sözlərinə, həm də öz dövlətlərinin siyasətinə və beynəlxalq müqavilələrə, xüsusən də xalqların öz müqəddəratını həll etmk hüququna zidd gedirlər. Britaniya bu cür bəyanatla Krımda referendum keçirilməsi faktına və krımlıların arzusuna etinasız yanaşıb. Qərbdə də keçirilmüş bütün sorğularda krımlılar Rusiyaya birləşmək naminə səs veriblər”.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra, Ruisya rəsmilərinin verdiyi məlumatlara görə, martın 16-da keçirilən referendumda krımlılarn 96,77%-i Rusiyaya birləşməyə səs verib.