XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 17:45

ABŞ eksperti:"2016 Səudiyyə Ərəbistanı üçün uğursuz oldu"

ridey

ABŞ-ın Yaxın Şərq üzrə aparıcı ekspertlərindən biri olan Bryus Ridel yazır: "Kral Məhəmməd bin Salmanın idarəçiliyi Səudiyyə Ərəbistanın müqəddəratını həll edəcək".

Strateq.az xəbər verir ki, B.Ridel öz yazısında Ərəbistanın vəziyyəti haqqında yazdığı köşədə 2016-ci ilin Səudiyyə Ərəbistanının unutmaq istədiyi bir il olduğunu qeyd edib.

Ekspert 2016-ci ildə bu ölkənin uğursuzluqlarının siyahısını açıqlayıb: 

"Səudiyyə Ərəbistanı 2016-ci ili pis keçirdi. Kral Salman bin Əbdüləzizin cəmi iki il hakimiyyətdə olmasına baxmayaraq, Ərəbistanı kralı aşağı neft qiymətləri, iqtisadiyyatın zəifləməsi, "Yəmən bataqlığı" və İranın güclənməsi problemləri ilə qarşı-qarşıya gəlib. ABŞ Konqresi Səudiyyə Ərəbistanını 11 sentyabr hücumlarında barmağı olmaqla təqsirləndirdi və Səudiyyə kralı indi hər zamankındən daha çox ABŞ-ın yeni hökumətinə qarşı etibarsızlıq duyur".

Daha sonra B.Ridel yazır: "Misir ordusu ər-Riyadın böyük köməkliyi ilə "İhvan-əl-müslimin" hökumətini devirdi. Amma indi rəsmi Qahirə Suriya məsələsində S.Ərəbistanının mövqeyindən xeyli uzaqda dayanır".

M.Rzasoy