XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 21:24

ABŞ rusiyalı diplomatlara nəzarəti gücləndirir- Yeni qadağa

ABŞ

Birləşmiş Ştatlar ölkədə fəaliyyət göstərən rusiyalı diplomatların üzərinə yeni öhdəlik qoymağa hazırlaşır.

Bu öhdəliyə əsasən, rus diplomatlar ABŞ ərazisindəki bütün səyahətləri barədə hökuməti məlumatlandırmalıdılar.

Təklif Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsindən gəlib. Və artıq ABŞ xüsusi xidmət orqanlarının 2017-ci il üzrə maliyyələşməsinə dair qanun layihəsinə əlavə edilib.

DW-yə açıqlama verən komitə sədri Devin Nyuns bildirib ki, sənədə görə, məlum tələbin vacibliyi barədə təlimatı ABŞ dövlət katibi Federal Təhqiqatlar Bürosunun direktoru və Milli Kəşfiyyatın şefi ilə birlikdə verməlidir.

Sözügedən şəxslər bu qərarı pozan diplomatlarla bağlı görüləcək tədbirləri də müəyyən etməlidilər.

Dövlət katibi isə hər rüb Konqresin müvafiq komitələrinə qoyulan qaydalara necə riayət edildiyi və bu sahədəki pozuntular barədə yazılı hesabat göndərməlidir.

Qanunun qəbulundan 90 gün sonra məlum qaydalar işə düşəcək. Lakin bunun üçün Senat və prezidentin də təsdiqi vacibdir.

Qeyd edək ki, qanunun köhnə variantında diplomatlara ofislərindən 40 kilometr məsafəyə qədər məlumat vermədən sayəhətə icazə verilirdi.

ABŞ hökumətinin yeni təşəbbüsü Rusiyada qəzəblə qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ-a hədələyici tonda cavab verib.

O bildirib ki, əgər Vaşinqton rusiyalı diplomatların ABŞ ərazisində hərəkətlərini məhdudlaşdırsa, Rusiya anoloji tədbirlərə əl atacaq(azadliq.info).