Avrokomissiyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Ukrayna ilə “Qazprom” arasında müqaviləyə dair əlavə sazişin imzalanması baş tutmayıb.
Bunu “Naftoqaz” şirkətinin rəhbəri Andrey Kobolev bəyan edib.
“Təəssüf ki, razılıq əldə etmək mümkün olmadı. Ümidvarıq ki, bu gələcəkdə baş tutacaq. Bu gün isə saziş imzalanmadı. Belə olan halda isə “Naftoqaz”və “Qazprom” arasında mövcud müqaviləyə uyğun olaraq Rusiya qazının Ukrayna tərəfindən alınması qeyri-mümkündür”, – deyə A.Kobolev qeyd edib.
Bundan əvvəl, Rusiya Energetika naziri Aleksandr Novak bildirmişdi ki, Rusiya ilə Ukrayna arasında qaz qiymətlərinə dair fikir ayrılığı yoxdur. Həmçinin, qış aylarında Ukraynanın Rusiyadan 4 milyard kub metrədək qaz alacağı bildirilirdi.
APA