XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 11:06

Yaponiya hökumətindən maraqlı təşəbbüs- Hər ayın sonuncu cümə günü mükafat veriləcək

Yaponiya hökuməti və işgüzar dairələr istehlak məsrəflərinin artırılması məqsədilə genişmiqyaslı kampaniya keçirmək qərarına gəliblər. Həmin kampaniya “Premium Fridays” adlandırılacaq.

Qərara əsasən, hökumət və işgüzar təşkilatlar hər ayın sonuncu cümə günü mükafat olaraq qısa iş günü kampaniyası keçirəcəklər. Layihənin müəlliflərinin qənaətinə görə, ayın son cümə günü iş vaxtının saat 15:00-da başa çatması işçilərə ticarət üçün mağazalara baş çəkməyə və ya həftə sonu asudə vaxtı daha maraqlı təşkil etməyə şərait yaradacaq.

Kampaniyanın reallaşması üçün müzakirələrin təşkili məqsədilə dekabrın ortalarında xüsusi konfransın keçirilməsi nəzərdə tutulur. Kampaniyanın özünə isə gələn ilin fevral ayında başlanacaq(azərtac).