XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 11:11

Parisdə nazirlərin Suriyaya dairgörüşü keçiriləcək

Bu gün Parisdə Suriyada münaqişənin siyasi həllini dəstəkləyən ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fransa XİN-də keçiriləcək görüşdə Fransadan Jan-Mark Eyro, Almaniyadan- Frank-Valter Ştaynmayer, ABŞ-dan – Con Kerri, Qətərdən – Muhammad bin Abdurrahman bin Casim Al Tani, Böyük Britaniyadan – Boris Conson və Türkiyədən – Mövlüd Çavuşoğlu iştirak edəcəklər.

Həmçinin görüşdə Səudiyyə Ərəbistanın, BƏƏ-nin, İtaliyanın və İordaniyanın nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

Gözlənilir ki, görüşə Avropa diplomatiyasının rəhbəri Federika Moqerinidə gələcək.