XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2016 - 11:16

Yaponiya parlamenti Trans-Sakit Okean Tərəfdaşlığı üzrərazılaşmanı ratifikasiya etdi

Dekabrın 9-da Yaponiya parlamentinin yuxarı palatası Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşma barədə qanun layihələrini ratifikasiya edib.

TPP çərçivəsində azad ticarətin inkişafı ilə əlaqədar tədbirləri nəzərdə tutan həmin qanun layihələri hakim Liberal Demokratik Partiyasından, onun koalisiya tərəfdaşı olan Komey Partiyasından, həmçinin Yaponiyanın Dirçəlişi və Yapon Ruhu partiyalarından olan deputatların dəstəyini qazanıb.

TPP üzrə razılaşma Yaponiya qarşısında bütün ixrac olunan məhsulların, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının 95 faizinin tariflərinin mərhələli şəkildə ləğv edilməsi vəzifəsini qoyur.

Bununla yanaşı, razılaşma ticarət və investisiyalar sahələrində də geniş qaydaların tətbiqini özündə birləşdirir. Həmin qaydalara intelektual mülkiyyətin qorunması və investorlar arasında mübahisələrin həlli də daxildir(azərtac).