XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 15:40

Rusiya və Belarusun “müdafiə sistemi”nəErmənistan da qoşulub

Ermənistan da Rusiya ilə Belarusun yaratdığı dövlətlərarası maliyyə-sənaye qrupunun “müdafiə sistemi"nə qoşulma haqda razılaşmanı imzalayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, sənədin başlıca məqsədi müdafiə potesialını gücləndirmək üçün müdafiə və ikili təyinatlı məhsulların mübadiləsini inkişaf etdirmək və onu modernləşdirməkdir.

Məlumata görə, sənəd iştirakçılararası əməkdaşlığın dərinləşdirilməsi imkanlarını artırır.
Qeyd edək ki, Rusiya ilə Belrus arasında “müdafiə sistemi” haqda sənəd 2000-ci il fevralın 1-də imzalanıb.