XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 16:41

Çində telekommunikasiya dələduzluğuna görə186 nəfər həbs olunub

Çində polisin keçirdiyi əməliyyat nəticəsində telekommunikasiya dələduzluğuna görə 186 şübhəli həbs olunub.

Çin İctimai Təhlükəsizlik Nazirliyi noyabrın 26-dan Quansi Cuan Muxtar Rayonunda telekommunikasiya dələduzlarına qarşı əməliyyata başlayıb. İki mindən çox polisin cəlb olunduğu əməliyyat zamanı dələduzlardan 200 kompüter, 300 mobil telefon, 10 peycer, 600-dən çox bank kartı və 5 silah müsadirə edilib.

Son illər Çində telekommunikasiya dələduzluğu ilə bağlı bir neçə fakt qeydə alınıb. Dələduzlar mobil telefonlar və saxta internet səhifələri vasitəsilə müxtəlif xidmətlər göstərmək adı ilə insanları aldadaraq onların bank hesablarından pul transfer edirlər(azərtac).